Maqazin

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Azərbaycanın da aktiv istifadə etdiyi İstanbul boğazı haqda bilinməyənlər

Azərbaycanın da aktiv istifadə etdiyi İstanbul boğazı haqda bilinməyənlər

Türkiyənin İstanbul (Bosfor) və Çanaqqala (Dardanel) boğazları bütün dövrlərdə nəhəng ölkələrinin ələ keçirmək istədiyi əsas stateji su nəqliyyatı yolları olub. Qara dənizi Mərmərə dənizi ilə, Mərmərə dənizini isə Egey dənizi ilə birləşdirən bu boğazlar bu gün də strategi əhəmiyyətini qoruyub saxlamaqdadır və il ərzində 90 mindən çox gəminin hərəkətini təmin edir.

Odur ki, beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsində xüsusi yol oynayan boğazlar dünya ölkələri üçün əsas nəqliyyat yolları hesab olunur. Asiyadan Avropaya qədər ticarət yolunun üzərində yerləşən İstanbul isə tarixi ticarət məkanı olmaqla yanaşı, Qara dənizdən Aralıq dənizinə mühüm keçid nöqtəsi hesab olunur.

Bəs Azərbaycan bu beynəlxalq nəqliyyat yollarından neçə istifadə edir?

İstanbul boğazından keçən gəmilərin rəsmi qeydiyyatını və statsistikasını aparan, eləcə də lazımi texniki və logistik dəstəyi verən “İstanbul 34 Gəmi və Dənizçilik şirkəti”nin rəhbəri, gəmiçi, Mehmet Suat Dinçelek “Report”un Türkiyə bürosuna açıqlamasında bu mövzuda bilinən və bilinməyən məqamlara aydınlıq gətirib.

İstanbul boğazının sadəcə Türkiyə üçün deyil, dünya üçün çok əhəmiyyətli su nəqliyyatı yolu olduğunu deyən M.S.Dinçələk Qara dənizdən gələn gəmilərin buradan Aralıq dənizinə rahatlıqla keçdiyini deyir: “İstanbul boğazı dünyanın ən işlək su yolu hesab olunur. Buradan gün ərzində təxminən 2 500 səfər reallaşır. Eyni zamanda təxminən 1 milyon sərnişin hər gün bu su yolundan istifadə edir. Gecələr İstanbul boğazında gəmi gəzintiləri reallaşdırılır ki, bununla da dünyanın hər tərəfindən gələn turistlər boğazı gəzib izləyə bilirlər”.

Dünyadakı boğazların yerləşdikləri ölkələrin strateji əhəmiyyətinə artırdığını deyən gəmiçi bu baxımdam İstanbul boğazının xüsusilə vacib yer olduğu qənaətindədir: “Bu boğazın geostrateji və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Dünyada bir çox müharibələrin əsas səbəbi məhz İstanbul boğazını ələ keçirmək olub. Xüsusilə də, tarixdəki Truva savaşı, I və II dünya müharibələri boğazları ələ keçirmək istəyi nəticəsində baş verib. 1936-cı il iyulun 20-də uzun müzakirə və mübarizədən sonra Türkiyə İsveçrədə imzalanmış “Montrö” (Montreux) müqaviləsi ilə boğazlara nəzarəti ələ keçirib”.

Onun sözlərinə görə, boğaza girən hər bir gəmi beynəlxalq hüquq qaydalarına uyğun olaraq və Türkiyə qanunları ilə müəyyən prosedurlardan keçdikdən sonra yola davam edə bilir: “Gəmilər boğazdan keçməzdən 2 gün əvvəl SP1 adlı forma doldurularaq bizim keçid nəzarət mərkəzinə göndərilməlidir. Mərkəz gəminin böyüklüyünü və kiçikliyini, eləcə də, yükün ölcüsünü nəzərə alaraq onun müəyyən rejimdə boğazdan keçməsini təmin edir. Əgər hansısa ölkədən bura gələn gəminin dayanacağı Türkiyə limanlarından biridirsə, burada gəmini türk kapitanının idarə etməsi zərururidir”.

İstanbul boğazı ilə ildə 6 min ton yük daşınır. M.S.Dinçələk deyir ki, son illər yük daşıyan gəmilərin ölçüsü artıb, sayı azalıb: “Əvvəllər yüklər 3-4 toluk gəmilərlə daşınırdısa, son illərdə yük sahibləri daha çox yük daşıyıb, daha az xərc çəkmək üçün daha büyük tonajlı gəmilərdən istifadə etməyə başlayıbar. Bununla da, illik 50 000 olan gəmi sayı 42-45 minə düşüb. Ancaq yük həcmi artıb”.

Onun sözlərinə görə, Azərbaycan İstanbul boğazından aktiv istifadə edən ölkələrdəndir: “Hər gün Azərbaycandan yola çıxan onlarla gəmi boğazdan keçir. Bakı-Supsa neft kəməri (Qərb İxrac boru kəməri) ilə nəql olunan neft müstəlif ölkələrə buradan daşınır. Bundan başqa, xeyli sayda azərbaycanlı iş adamı buğda, kömür, yağ, dəmir və s. kimi müxtəlif çeşidli yükləri kirayəyə götürdükləri gəmilərlə müxtəlif ölkələrə apararaq ticarətini həyata keçirirlər. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi böyük enerji layihələri – STAR və “Petkim” üçün gündəlik 10-12 gəmi İstanbul boğazından keçməkdədir”.

Ekpert azərbaycanlı gəmicilərin peşəkarlığından da danışır: “Bu günə qədər heç bir qəzada azərbaycanlı gəmiçinin adı hallanmayıb. Xəzər dənizi qapalı su hövsəzi kimi görünsə də, əslində çok büyükdür, Qara dənizin iki mislidir. Oradakı fırtınalar və çətin hava şərtləri azərbaycanlı gəmiciləri çox təcrübəli edir. SSRİ dövründə də hərbi gəmilərdə azərbaycanlılar işləyirdilər və onlar peşəkarlığı hər kəsə bəlli idi. İndi də, azərbaycanlı gəmiçilər peşəkarlıqları ilə seçilirlər”.

Vüsalə Abbasova

Türkiyə Boğazlardan keçidin rüsumunu 5 dəfə artırdı

Türkiyə İstanbul və Çanaqqala boğazlarından keçid üçün müəyyənləşdirilmiş rüsumu 5 dəfə artırıb.

Türkiyə Boğazlardan keçidin rüsumunu 5 dəfə artırdı

Teqlər:

Arye Qut vəfat edib

Entoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş olacaq

Hər kəsi atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq – Putin

Ordumuzun məhv etdiyi zabit: Snayper tağımının komandiri olub

Bal tutan barmağını yalar – Kəlbəcər balı brend olacaq – Müsahibə

Arutyunyan Rusiya XİN-ə çağırıldı: İrəvan hadisəni gizlədir

Dörd ildən sonra ilk: İsrail Türkiyəyə səfir təyin etdi

Ermənistan KİV: “Yaralılarımız “Qazprom”un “UAZ”ları ilə daşınırdı”

Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı – Polkovnik həbs olunacaq?

Ermənistan Təhlükəsizlik Şurası: “Ölü və itkin sayı 207-yə çatdı”

Gürcüstanda banka silahlı basqın: Binaya partlayıcı quraşdırılıb – VİDEO + YENİLƏNİB

Daha 95 erməni hərbçinin meyiti təhvil verildi

Vəfat etmiş Vətən müharibəsi qazisi torpağa tapşırıldı – Fotolar

Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrıldı

Erməni valideynlər hərbi hissədə gecələyirlər: 30 əsgər yoxa çıxıb

Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək

Bu müsahibə sizi mat edə bilər

Niyə təyyarənin ardınca ağ cığır qalır?

O kənd bizim kəndimizdir: Qazaxın eksklav ərazilərinə doğru irəliləyirik – FOTOLAR

Azərbaycanlı kadet Qara dənizdə itkin düşüb

Bakı/12.08.21/Turan: Azərbaycan vətəndaşı Turan Nəsirzadə Qara dənizdə ONEY-Z quru yük gəmisində itib.23 yaşlı Nəsirzadə “ONEY Şippinq komponi” ilə 18 may 2021-ci ildə imzalanan …

Azərbaycanlı kadet Qara dənizdə itkin düşüb

Azərbaycanlı kadet Qara dənizdə itkin düşübCəmiyyət 

Bakı/12.08.21/Turan: Azərbaycan vətəndaşı Turan Nəsirzadə Qara dənizdə ONEY-Z quru yük gəmisində itib.

23 yaşlı Nəsirzadə “ONEY Şippinq komponi” ilə 18 may 2021-ci ildə imzalanan müqaviləyə əsasən, ONEY-Z gəmisində kursant olaraq dənizə çıxıb.

Atası, hazırkı dəniz zabiti Teymur Nəsirzadə Turan -a bildirib ki, şirkətin nümayəndəsi Mehmed adlı bir Türkiyə vətəndaşı avqustun 7-də saat 17 radələrində zəng edib və fırtına zamanı Turanın gəminin bortundan yıxıldığını və boğulduğunu söyləyib. Şirkət nümayəndəsinin sözlərinə görə, hadisə 7 avqustda İstanbul vaxtı ilə 09.40-da baş verib. Gəmi kapitanı dərhal SOS siqnalı göndərdiyini də bildirib. Ancaq Teymur Nəsirzadə agentliyə deyib ki, SOS siqnalının İstanbul vaxtı ilə saat 13.51-də göndərildiyinə dair dəqiq məlumata malikdir. 

Turan agentliyi avqustun 7 -nə olan hava proqnozu ilə tanış olub. Gəminin yerləşdiyi bölgədə 3 baldan çox olmayan bir güclə mülayim bir şimal küləyinin əsdiyi diqqət çəkir. Bu, fırtına deyil.

ONYE-Z komandasının üzvü, dənizçi Xəlil Məmmədovun ifadəsi ziddiyyətli görünür. “O, mənə Turanın gəminin burnu tərəfə getdiyini, ayaqqabısının qaytanını bağlamaq üçün əyiləndə huşunu itirdiyini və bortdan düşdüyünü bildirdi. Təxminən on beş dəqiqə suda qalıb və sonra itib”, – deyə T.Nəsirzadə bildirib.

“Niyə kömək edilmədiyini soruşdum. Necə ola bilər ki, xarici göyərtə barmaqlığı olan halda bortdan kənara yıxılsın. Cavab olaraq qaranlıq və duman olduğunu söylədi. Amma qaranlıq və dumanlı olsaydı, Məmmədov Turanı 15 dəqiqə necə müşahidə edə bilərdi?”, – deyə Nəsirzadə soruşur.       

O, gəminin Bosfor boğazından keçərkən İstanbulda saxlanıldığını və ekipajdan ifadə alındığını da söyləyib. Hadisə beynəlxalq sularda baş verdiyinə görə cinayət işi açılmayıb.

“Oğlum mənə gəminin heyətinin 13 ekipaj üzvündən ibarət olduğunu, amma əslində 8 nəfər olduğunu demişdi” deyə Nəsirzadə bildirib.

Kursantın gəmidə təcrübəçi olduğunu nəzərə alsaq, onun dəniz administrasiyasının tələblərinə uyğun olaraq hərəkətləri və iş saatları tam hüquqlu ekipaj üzvləri ilə müqayisədə məhduddur. Bununla birlikdə, komandanın məhdud tərkibi, əmək qaydalarının pozulması ehtimalını artırır. Bu isə fövqəladə hadisə ilə nəticələnib.

Hadisə ilə əlaqədar olaraq Teymur Nəsirzadə Azərbaycanın Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə, Beynəlxalq Dəniz Təşkilatına kömək istədi.

“ONEY Şippinq komponi” Seyşel adalarında qeydiyyatdan keçib və ONEY-Z Panama bayrağı altında üzür..

Bakı vaxtı ilə saat 15.30 -a qədər gəmi Mərmərə dənizindəki TUZLA ANÇ TR limanında idi.

ONEY Z (IMO: 9013012), 1991 -ci ildə (30 il əvvəl) inşa edilmiş Ceneral Karqodur.

Onun yükqaldırma qabiliyyəti 1,686 dedveyt, cari suya oturma dərəcəsi isə 4,1 metrdir. Ümumi uzunluğu (LOA) 79,1 metr və eni 10,5 metrdir.-0-

Keyword

Azərbaycan xəbər saytları , Azerbaijan news , Azərbaycanlı , kadet , Qara , dənizdə , itkin , düşüb

Azərbaycan gəmiləri üçün Bosfor boğazından keçid haqqı artır

Back to top button