Azerbaijan

Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb

Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb

Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb – YENİLƏNİB

Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində baş verən yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

18.31

Fövqəladə Hallar Nazirliyinin  “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

Əlavə məlumat veriləcək.

Referans

Bakının Babək prospektində ağaclıq ərazidə yanğın söndürülüb
apa.az

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu