Azerbaijan

BQXK: “Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat gözləyir”

BQXK: “Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat gözləyir”

BQXK Bakı nümayəndəliyi Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı məlumat yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyi Beynəlxalq İtkinlər Günü ilə bağlı məlumat yayıb.

“Report” qurumun açıqlamasını təqdim edir:

“Bu gün dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunur. Biz itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və itkin düşmüş yaxınlarını onlarla birlikdə anırıq.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq regionda minlərlə insan itkin düşüb. Bundan qat-qat artıq insan isə öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır. Bu insanların daima yaşadığı qeyri-müəyyənlik bir çox hallarda onları emosional cəhətdən tükədir və həyatlarında sağalmaz yaralar qoyur. Valideyninin, həyat yoldaşının və ya övladının başına nə gəldiyini bilməmək bu ailələrin çiyinlərinə dözülməz dərəcədə ağır yük qoyur. Onlar ümidlə ümidsizlik arasında, qeyri-müəyyən vəziyyətdə qalır, yas saxlaya bilmirlər”.

İtkin düşmüş şəxsin bacısı deyir: “Biz onun hər doğum gününü onsuz qeyd edirik. İllər ötür, o yaşa dolur, lakin mənim xəyallarımda o, hələ də həmin yaşdadır”.

BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur. Biz aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir, texniki bilik və səriştəmizi, dünyanın digər ölkələrində qazandığımız təcrübəmizi paylaşmaqla Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyətlərinə yardım göstəririk.

BQXK-nın Baş direktoru Roberto Mardini: “İstərdik ki, itkin düşmüş şəxslərin ailələri bilsin ki, onların yaxınları unudulmur. Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik”.

Nümayəndəlik bildirir ki, Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat almağı gözləyir.

Referans

BQXK: “Azərbaycanda minlərlə insan hələ də yaxınları barədə məlumat gözləyir”
report.az

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu