Azerbaijan

Media Təhlil Mərkəzi: respondentlərin 46,7 faizi COVID

Media Təhlil Mərkəzi: respondentlərin 46,7 faizi COVID

Media Təhlil Mərkəzi (MTM) avqustun 16-20-də yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya ilə əlaqədar sorğu keçirib. Sorğuda iştirak edən 501 respondentin 48 faizini qadınlar, 52 faizini kişilər təşkil edib

Media Təhlil Mərkəzi: respondentlərin 46,7 faizi COVID

Bakı, 30 avqust, AZƏRTAC

Media Təhlil Mərkəzi (MTM) avqustun 16-20-də yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya ilə əlaqədar sorğu keçirib. Sorğuda iştirak edən 501 respondentin 48 faizini qadınlar, 52 faizini kişilər təşkil edib.

MTM-dən AZƏRTAC-a verilən məlumata görə, respondentlərin 24,6 faizi koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2 faizi ailə üzvlərinin, 61,1 faizi qohum, dost və qonşularının koronavirusa yoluxduğunu desə də, 19,2 faizi tanışlarının virusa yoluxmadığını qeyd edib.

Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7 faizinin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8 faizini, özünün peyvənd olunduğunu deyənlər isə respondentlərin 46,7 faizini təşkil edib. Respondentlərin 3,8 faizi ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.

Növbəti sual vasitəsilə iştirakçıların koronavirus əleyhinə vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5 faizi əks təsirlərlə qarşılaşdığını, 56,7 faizi belə bir halla rastlaşmadığını, 4,8 faizi isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.

Məlum olub ki, respondentlər arasında vaksinasiya olunanların 60,5 faizi “SinoVac”, 6,2 faizi “Pfizer”, 3 faizi “Sputnik V” 1,4 faizi “AstraZeneca” peyvəndini vurdurublar. Onlardan 28.9 faizi isə ümumiyyətlə vaksin vudrumayıb.

Bizi sosial şəbəkələrdə izləyin

* işarəsinin olunduğu yerləri doldurun.

Referans

Media Təhlil Mərkəzi: respondentlərin 46,7 faizi COVID
azertag.az

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu