Azerbaijan

Nazirlik 1 200

Nazirlik 1 200

Nazirlik 1 200-dən çox obyektdə yoxlama aparıb XEBEROXU.AZ – En son xeberler Azerbaycan xeberleri 2021 xəbərlər bugün 2021 xeber az 2021 xeberler bugun 2021 En son xeber 2021 Новости сегодня: самые свежие и последние новости России и мира meydan tv Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV xeber

Nazirlik 1 200

Tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərin olması vəziyyəti yoxlanılır.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar.

Lakin, qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir. Bu günədək 1 200-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 26-da keçirilən növbəti monitorinqlər zamanı şənlik məclisləri barədə məlumatın müvafiq portalda tədbirə beş gün qalmış qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalaraq immunitetə malik olması haqqında, avqustun birinə tam vaksinasiya tələbi qoyulduğu halda, hələ də birinci dozanın vurulması haqqında vaksinasiya sertifikatının olmaması, toyların bir neçə zala bölünərək təşkil edilməsi yolu ilə dəvət olunanların sayının artırılması, zallardakı stolların sıx düzülüşü və s. aiddir.

Monitorinq qrupları tərəfindən toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları qaydalara uyğun toy təşkil olunan yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Referans

Nazirlik 1 200
xeberoxu.az

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu