Azerbaijan

Prokuror Ermənistan tərəfdən döyüşən əcnəbi muzdluya 11 il cəza istəyib

Prokuror Ermənistan tərəfdən döyüşən əcnəbi muzdluya 11 il cəza istəyib

Prokuror Ermənistan tərəfdən döyüşən əcnəbi muzdluya 11 il cəza istəyib

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib və Ermənistan tərəfdən döyüşən əcnəbi muzdluya 11 il cəza istəyib.

Dövlət ittihamçısı bildirib ki, məhkəmə istintaqında Eduard Dubakovun ittihamları təstiqini tapıb. Prokuror buna görə də təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini, cəzasını tam çəkdikdən sonra dərhal ölkə hüdudlarından çıxarılmasını istəyib.

Prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, Eduard Dubakov Ermənistan tərəfdən işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlərdə iştirak etsə də, Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşməyib. Vəkil bu faktların yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Hakim təqsirləndirilən şəxsə son söz demək üçün vaxt istəyib.

Proses iyulun 22-də davam edəcək.

İttihama görə, Eduard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

O bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Referans

Prokuror Ermənistan tərəfdən döyüşən əcnəbi muzdluya 11 il cəza istəyib
www.bizimyol.info

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu