Azerbaijan

Qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq üçün 2030

Qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq üçün 2030

Bütün dövlətlər qlobal istiləşmənin təsirlərinin yumşaldılmasına nail olmaq üçün hazır olmalarını nümayiş etdirməlidir, uyğunlaşma tədbirlərini gücləndirməli və bu məqsədlərə lazımi maliyyə ayırmalıdırlar. Vəzifələr iddialı olmalıdır

Qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq üçün 2030

Bakı, 12 noyabr, AZƏRTAC

Bütün dövlətlər qlobal istiləşmənin təsirlərinin yumşaldılmasına nail olmaq üçün hazır olmalarını nümayiş etdirməlidir, uyğunlaşma tədbirlərini gücləndirməli və bu məqsədlərə lazımi maliyyə ayırmalıdırlar. Vəzifələr iddialı olmalıdır – güzəştə getmək və danışıqlarda daha az əhəmiyyətli variantla razılaşmaq olmaz.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bu gün işini yekunlaşdıracaq BMT-nin İqlim Konfransında deyib.

Konfrans nümayəndələrinə müraciət edərək Antonio Quterres, gənclər, yerli xalqların, qadın təşkilatlarının, şəhərlərin və özəl sektorun nümayəndələri da daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizə üçün vətəndaş cəmiyyətinin qüvvələrinin səfərbər edilməsindən təsirləndiyini deyib.

“Biz nə edəcəyimizi bilirik. Biz qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamalıyıq və bunun üçün 2030-cu ilə qədər qlobal istixana qazı emissiyalarının 45 faiz azaldılmasına nail olmalıyıq”, – deyə Baş katib qeyd edərək əlavə edib ki, hətta milli səviyyədə müəyyən edilmiş töhfələr bəyan edilmiş həcmdə həyata keçirilsə belə, 2030-cu ilə qədər emissiyaların artımı qaçılmazdır.

Yüksək səviyyəli plenar iclasda çıxış edərək Antonio Quterreş xatırladıb ki, bəşəriyyət temperaturun fəlakətli yüksəlməsinə – 2 dərəcədən xeyli yuxarı qalxmağa doğru irəliləməkdə davam edir. O xatırladıb ki, artıq bu onillikdə emissiyaların sürətlə azaldılmasına nail olmaq lazımdır.

“Mən dünənki ABŞ-Çin əməkdaşlıq sazişində bu faktın tanınmasını alqışlayıram. Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, – deyə BMT rəhbəri vurğulayıb.

O əlavə edib ki, əgər qazıntı şəklində yanacaq istehsalı sahəsinə subsidiyalar şəklində trilyonlarla vəsait ayrılmağa davam edərsə və ya ölkələr kömürlə işləyən elektrik stansiyaları tikməyə davam edərsə, istənilən vədlər sadəcə söz olaraq qalacaq.

Antonio Quterreşin fikrincə, hər bir ölkə, hər bir şəhər, hər bir şirkət, hər bir maliyyə institutu, təxirə salınmadan, radikal şəkildə həqiqətən emissiyalarını kökündən azaltmalı və “yaşıl” iqtisadiyyatın inkişafı ilə bağlı layihələrə investisiya qoymağa başlamalıdır.

BMT rəhbəri etiraf edib ki, iqlimlə mübarizədə artıq çox şeyə nail olunub, lakin bu, kifayət deyil. İrəliləyişdən danışarkən o xatırladıb ki, keçən həftə bir sıra ölkə 2030-cu ilə qədər meşələrin yox olması və torpaqların deqradasiyası prosesini dayandırmaq və geri çevirmək üçün birgə səy göstərməyə söz verib.

“Burada bizə artıq 2020-ci illərdə konstruktiv, konkret hərəkətlər və nəticələr lazımdır. Dünyada mindən çox şəhər 2050-ci ilə qədər və ya ondan tez, bəzi hallarda isə bundan çox tez sıfır emissiyaya nail olmaq öhdəliyi götürüb. Hazırkı konfransa ev sahibliyi edən Qlazqo şəhər 2030-cu ilə qədər özünə son tarix təyin edib”, – deyə BMT rəhbəri vurğulayıb.

O qeyd edib ki, 2015-ci ildən qlobal kömür tədarükünün həcmi 76 faiz azalıb. Dünyanın üç ən böyük dövlət sərmayədarı da daxil olmaqla G20, kömürün xaricdən maliyyələşdirməsini dayandırmaq öhdəliyini üzərinə götürüb.

Powering Past Coal Alliance kömürsüz energetika tərəfdarlarının Alyansına 28 yeni üzv qoşularaq, üzvlərin sayını 165 ölkə, şəhər, region və müəssisəyə qədər artırıb. COP-26 konfransı zamanı 44 ölkə və 32 şirkət kömürdən təmiz energetikaya keçmək öhdəliyini öz üzərinə götürüb.

Bizi sosial şəbəkələrdə izləyin

* işarəsinin olunduğu yerləri doldurun.

Referans

Qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq üçün 2030
azertag.az

Back to top button