Azerbaijan

“Salam, Azərbaycan!” və “Şəki

“Salam, Azərbaycan!” və “Şəki

“Baku Marriott Boulevard Hotel”də “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” kitablarının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, nəfis tərtibi və yüksək

“Salam, Azərbaycan!” və “Şəki

Bakı, 14 iyul, AZƏRTAC

“Baku Marriott Boulevard Hotel”də “İRS” silsiləsi çərçivəsində nəşr edilən “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibi və yüksək bədii estetik görünüşü ilə fərqlənən hər iki kitab ölkəmizin, onun tarixini, mədəniyyətini, təbiətini, mətbəxi və dinamik inkişafını özündə əks etdirir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İRS” jurnalı 20 ilə yaxındır ki, çap olunur və 60-dan çox ölkədə 16 müxtəlif dillərdə oxuculara təqdim edilir. A.Kərimov Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “PAŞA Həyat Sığorta” ASC–nin dəstəyi ilə Azərbaycan irsi silsilə layihəsi çərçivəsində “İRS” Nəşriyyat Evinin daha bir kitab təqdimatını keçirməsinin ənənə halını aldığını söyləyib.

Nazirliyin “İRS” jurnalı ilə əməkdaşlığından danışan nazir deyib ki, jurnalın yaradıcı heyəti həm də mədəni irsimizi yüksək səviyyədə nəfis şəkildə çap olunmuş kitablarla dünyada təbliğ edir.

Yeni kitabların Azərbaycan və xarici qonaqlar üçün bələdçi olduğunu deyən natiq bildirib ki, kitablarda Azərbaycanın təbiəti, tarixi abidələri bütövlükdə mədəni irsi olduğu kimi əksini tapıb. Bu kitab turistlər üçün maraqlı bir vəsait olacaq.

Prezident İlham Əliyevin ölkəmizin mədəni irsinə böyük qayğı ilə yanaşdığını söyləyən nazir deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Anar Kərimov vurğulayıb ki, Mədəniyyət Nazirliyinin məqsədi və həyata keçirdiyi layihələr mədəni irsimizin təbliğ olunmasına istiqamətlənib.

Nazir gələcəkdə azad edilən ərazilərdəki mədəni irs nümunələri və tarixi abidələr haqqında kitabların da nəşr olunacağını bildirib və qeyd edib ki, artıq bu barədə “İRS” jurnalı ilə danışıqlar aparılır.

Jurnalın baş redaktoru Musa Mərcanlı təqdimatı keçirilən kitabların nəşri barədə məlumat verib: “Salam, Azərbaycan!” kitabında ölkəmizi layiqincə təbliğ etmək üçün bütün vasitələrdən istifadə olunub. Kitabda daha çox şəkillərə və şəkilaltı mətnlərə üstünlük verilib. Biz kitabları xarici auditoriya üçün hazırlayarkən insanların qəbul edəcəyi formanın necə olacağını düşünürük”.

Qarabağın azad olunmasından sonra yeni layihələr haqqında düşündüyünü deyən M.Mərcanlı qeyd edib ki, hazırda yeni kitab nəşrə hazırlanır.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev artıq 10 ildən çoxdur “İRS” jurnalı ilə birgə əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, əvvəlki nəşrlərdən fərqli olaraq “Salam, Azərbaycan!” kitabı daha mükəmməl və əhatəlidir.

Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun 44 günlük zəfər salnaməsini yazdığını deyən E.Hacıyev bildirib ki, indiki reallıqları oxuculara çatdıra biləcək belə kitablara böyük ehtiyac var.

“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, təqdimatı keçirilən kitablar Azərbaycanın informasiya məkanında əldə etdiyi üstünlükdən xəbər verir. Bu kitabın hazırlanmasına tarixçilər və xarici mütəxəssislər cəlb olunub. Kitabın keyfiyyəti onu auditoriyaya aydın şəkildə çatdırılmasındadır. Bundan sonra da bu istiqamətdə uğurlu layihələr həyata keçiriləcək.

“İRS” Nəşriyyat Evinin əməkdaşı İan Peart, təxminən 8 il əvvəl “İRS” jurnalı və bu nəşriyyat evi tərəfindən ərsəyə gətirilən kitabların ingilis dilindəki mətnlərini redaktə etmək üçün əməkdaşlığa dəvət olunduğunu söyləyib. Bildirib ki, yazdığı mətnləri kitabda görmək olduqca qürurvericidir.

Tədbir bədii proqramla davam edib.

Bizi sosial şəbəkələrdə izləyin

* işarəsinin olunduğu yerləri doldurun.

Referans

“Salam, Azərbaycan!” və “Şəki
azertag.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button