Azerbaijan

Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir VİDEO

Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir VİDEO

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi Qorxmaz Adburəşidov öz təəssüratlarını bölüşüb. AZƏRTAC xəbər verir ki, qazımız

Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir VİDEO

Bakı, 10 sentyabr, AZƏRTAC

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi Qorxmaz Adburəşidov öz təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, qazımız deyib: “Vətən sevgisi o qədər güclü bir hissdir ki, döyüşə qatılanlar geriyə sağ-salamat qayıdıb-qayıtmayacağını düşünmürdülər. Bundan əmin də deyildik.

Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı yanımıza düşən tank əleyhinə idarəolunan raketin vurulması ilə yaralandım. Hərbi hospitala köçürüldüm və orada 15 gün komada qaldım. Sol tərəfdən başımın bir hissəsi dairəvi formada açıq vəziyyətdə idi, bir qulağım düşmüş, gözüm dağılmışdı. Əllərim ayaqlarım ciddi xəsarət almışdı. Türkiyəli həkimlər ölkəmizə gələndə yoxlanışdan keçdim və müalicəmin İstanbulda davam etdirilməsi qərara alındı. “YAŞAT” Fondunun dəstəyi ilə İstanbula göndərildim və orada başımdan əməliyyat olundum. Başıma qapaq qoyuldu, göz protezim dəyişildi və bir neçə qəlpə çıxarıldı. Bundan əlavə, əlimdə bir barmaq sınmışdı və buna görə də əməliyyat edildim. Aparılan müalicə və əməliyyatlardan sonra əllərim, ayaqlarım, başım normal vəziyyətə gəldi. Müalicəmin davam etdirilməsi üçün qəbul etdiyim dərmanlarla bağlı da “YAŞAT” Fonduna müraciət etdim və onları da göndərdilər. İndi özümü yaxşı hiss edirəm.

Döyüşlər vaxtı xalqımız öz duaları ilə, əllərindən gələni əsirgəməyərək bizə dəstək oldu. “YAŞAT” Fondu yaradılandan sonra xalqımız öz dəstəyini fonda ianələr etməklə göstərir. İanələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir. Bunun üçün hər kəsə minnətdaram”.

Bizi sosial şəbəkələrdə izləyin

* işarəsinin olunduğu yerləri doldurun.

Referans

Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir VİDEO
azertag.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button