Azerbaijan

“Vikipediya”nın xarici dil bölmələrində Qiyaslı məscidi haqqında məqalələr yaradılıb

“Vikipediya”nın xarici dil bölmələrində Qiyaslı məscidi haqqında məqalələr yaradılıb

“Vikipediya”nın xarici dil bölmələrində məqalələrin yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət

“Vikipediya”nın xarici dil bölmələrində Qiyaslı məscidi haqqında məqalələr yaradılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

“Vikipediya”nın xarici dil bölmələrində məqalələrin yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət edirlər. Onlayn ensiklopediyada bu məlumatlar zəngin olmalıdır ki, ölkəmiz haqqında dolğun və etibarlı informasiya əldə etmək mümkün olsun.

Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, son bir neçə ayda “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun ekspertləri Ayxan Zayıdzadə, Qulamhüseyn Məmmədov tərəfindən müxtəlif dillərdə məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, könüllülər tərəfindən onlayn ensiklopediyanın türk, ispan, portuqal, qırğız, rus, fransız dil bölmələrində Qiyaslı məscidi (italyan, portuqal, qırğız, fransız), Otluqbeli döyüşü şəhidləri abidəsi (türk), general Hikmət Mirzəyev (portuqal, qırğız), Azərbaycan Geologiya Muzeyi (türk, portuqal, ispan), 1904-1964-cü illərdə Bakıda fəaliyyət göstərmiş memar Aleksandr Dubov, “Arazın o tayında” vokal-simfonik poeması haqqında (rus) məqalələr yaradılıb və əsaslı redaktə olunub.

Vurğulanıb ki, “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycana aid məqalələrin zənginləşdirilməsi sistemli xarakter daşıyacaq. Prosesdə tərcüməçilər və “Vikipediya” ekspertləri iştirak edirlər.

Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Bizi sosial şəbəkələrdə izləyin

* işarəsinin olunduğu yerləri doldurun.

Referans

“Vikipediya”nın xarici dil bölmələrində Qiyaslı məscidi haqqında məqalələr yaradılıb
azertag.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button