Azerbaijan

VİRTUAL AZƏRBAYCAN

VİRTUAL AZƏRBAYCAN

VİRTUAL AZƏRBAYCAN

Türkiyəyə göndərilən daha dörd qazimiz sağalaraq vətənə geri dönüb.

Bu barədə virtualaz.org-a “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, ağır yaralanan və müalicə üçün Fond tərəfindən Türkiyəyə göndərilən dörd qazimiz; Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmənov Nicat İlqar oğlu və  Muradov Turan Xudat oğlu sağalaraq Azərbaycana geri dönüblər.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qarşıdakı aylarda onların müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də “YAŞAT” Fondu tərəfindən təmin edilib.

Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Referans

VİRTUAL AZƏRBAYCAN
virtualaz.org

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu