Azerbaijan

Xəbərlər.az

Xəbərlər.az

Xəbərlər.az

zərbaycanın bank sektorunda kibertəhlükəsizliklə bağlı məlumat mübadiləsi platforması yaradıla bilər.

Xeberler.az bildirir ki, bunu V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, belə bir platformanı gələcəkdə Azərbaycan Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində yaradılması istisna edilmir. Bu, kibertəhlükəsizlik sahəsində AMB-nin digər banklarla məlumat mübadiləsinə şərait yaradacaq.

Hazırda belə bir platforma artıq mövcuddur ki, bu da partnyor təşkilatlar arasında qeyd olunan sahə üzrə məlumat mübadiləsinə şərait yaradır.

“Biz oxşar platformanın yaradılmasına yardımçı ola bilərik ki, banklar maliyyə sektorunda qeydə alınan kiber hadisələr, hücumlar barədə bir-birini məlumatlandıraraq müdafiədə aktiv iştirak etsin”, – deyə T. Məmmədov qeyd edib.

Referans

Xəbərlər.az
xeberler.az

Back to top button