Azerbaijan

Zaxarova erməni yalanını İFŞA ETDİ: “O biri günə qədər vaxt verəcəyik”

Zaxarova erməni yalanını İFŞA ETDİ: “O biri günə qədər vaxt verəcəyik”

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə…

Ermənistanın “Hraparak” qəzetinin Rusiyanın İrəvandakı səfir Sergey Kopırkinin qeyri-qənaətbəxş iş fonunda Moskvaya geri çağırılmasına hazırlaşdığı barədə xəbəri dezinformasiyadır. Rusiya tərəfi təkzib gözləyir.

Publika.az TASS-a nistinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

“Biz onlara sabahdan o biri günə qədər vaxt verəcəyik. Ola bilsin ki, onlar artıq bu gün çap üçün buraxılışı veriblər, amma sabah o biri gün təkzib dərc etməlidirlər, çünki saxta məlumat çap ediblər. Doğru deyil, bu dezinformasiyadır”, – XİN sözçüsü deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya səfiri respublikada fəaliyyətini davam etdirir və ölkə rəhbərliyinin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqları yerinə yetirir.

Hüseyn

Referans

Zaxarova erməni yalanını İFŞA ETDİ: “O biri günə qədər vaxt verəcəyik”
publika.az

Back to top button